ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə atəşkəs danışıqları davam edərkən, bölgədə gərginlik də davam edir.
İranın Hörmüz boğazındakı Qeşm adası yaxınlığında Amerika-İsrail pilotsuz təyyarəsinin vurulduğu açıqlayıb.
Tasnim Xəbər Agentliyi bildirib ki, Qeşm yaxınlığında İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən Amerika-İsrail pilotsuz təyyarəsi aşkar edildikdən sonra, vurularaq məhv edilib. Hadisə ilə bağlı əlavə məlumatlar daha sonra açıqlanacağı bildirilib.
Tahir TAĞIYEV