AZ

Rusiya Ermənistandan bəzi giləmeyvə və tərəvəzlərin idxalına məhdudiyyət tətbiq edib

30 may 2026-cı il tarixindən etibarən Rusiya Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk də daxil olmaqla müəyyən giləmeyvə və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Pravda.az APA-ya istinadən xəbər verir ki, Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rosselxoznadzor) tərəfindən əvvəllər bildirildiyi kimi, qərar Ermənistan meyvə-tərəvəz məhsullarının Rusiyaya tədarükündə artan pozuntular fonunda və fitosanitar təhlükəsizliyi təmin etmək üçün qəbul edilib.


Agentlik qeyd edib ki, mövcud vəziyyət, onların qiymətləndirməsində, ölkənin fitosanitar statusuna təhlükə yaradır.

Tarix: 30 May 2026, 07:22   
Seçilən
1
4
pravda.az

5Mənbələr