Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, Vaşinqton belə bir qərar qəbul edərsə, Amerika silahlı qüvvələrinin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq üçün kifayət qədər sursat ehtiyatı mövcuddur.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib.
“Əgər zərurət yaranarsa, İrana qarşı döyüş əməliyyatlarını tam şəkildə bərpa etməyə qadirik”, - deyə nazir bildirib.
Heqsetin sözlərinə görə, ABŞ-ın sursat ehtiyatları həm Yaxın Şərq regionunda, həm də dünyanın digər bölgələrində mümkün əməliyyatları təmin etmək üçün yetərlidir.
“Daha qiymətli və məhdud sayda olan sursatlarla yanaşı, böyük həcmdə mövcud olan döyüş vasitələrindən də balanslı şəkildə istifadə edirik. Buna görə də vəziyyət bizim üçün kifayət qədər əlverişlidir”, – deyə o vurğulayıb.
Bundan əvvəl ABŞ Dövlət Departamenti bəzi növ sursatların Baltikyanı ölkələrə tədarükünü təxirə saldığını açıqlamışdı. Buna səbəb kimi İranla müharibə nəticəsində Amerika ehtiyatlarının azalması göstərilmişdi.
ABŞ İran əleyhinə əməliyyatlar zamanı hava hücumundan müdafiə sistemlərinin raketləri və digər raket silahlarından geniş istifadə edib. Amerika mətbuatında dərc olunan məlumatlara və ABŞ rəsmilərinin, o cümlədən Konqres üzvlərinin açıqlamalarına görə, Pentaqon yüksək dəqiqlikli sursatların çatışmazlığı problemi ilə üzləşib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.