AZ

"Məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaqdır" - Xocalıda Prezidentin açılışını etdiyi tekstil müəssisəsindən REPORTAJ - VİDEO

2024-cü ilin oktyabrında fəaliyyətə başlayan "Qarabağ Tekstil Evi" istehsal və ixrac imkanlarını genişləndirməyi hədəfləyir.
 
Bu barədə müəssisənin təsisçisi Rizvan Təhməzov Baku TV-yə məlumat verib. Onun sözlərinə görə, müəssisə ilk olaraq Xankəndi şəhərində yaradılıb, lakin iş üçün müraciətlərin çoxluğu nəzərə alınaraq Xocalı şəhərində də yeni obyekt fəaliyyətə başlayıb.
 
Hazırda fabrikdə 85 nəfər işlə təmin olunub, daha 40 nəfər isə Dövlət Məşğulluq Agentliyinin xətti ilə peşə təlimlərinə cəlb edilib: "Müəssisəmizdə əsasən ev tekstili məhsulları istehsal olunur və çeşidlərin sayı 200-ə yaxındır. Yaxın gələcəkdə əsas məqsədimiz işçi sayını 200 nəfərə çatdırmaq, istehsal gücümüzü daha da artırmaqdır".
 
R.Təhməzov şirkətin satış və ixrac coğrafiyasını da açıqlayıb. O bildirib ki, istehsal olunan məhsulların 75 faizi daxili bazarın tələbatını ödəməyə yönəlib, 25 faizinin isə ixracı nəzərdə tutulub. Təsisçi, həmçinin Moldova və Gürcüstana ixracın başladığını diqqətə çatdırıb.

 

Seçilən
29
1
moderator.az

2Mənbələr