ABŞ növbəti iki-üç il ərzində müəyyən növ sursatların istehsalını bir neçə dəfə artırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxışında deyib: "Biz müdafiə sənayemizin potensialını elə qururuq ki, çox tezliklə sursat istehsalımızı ikiqat, üçqat, dördqat artıra bilək. Yaxın iki-üç ildə yüzlərlə vacib sursat istehsal xətti fəaliyyətə başlayacaq. Beləliklə, əgər bizə və ya tərəfdaşlarımıza daha çox "Patriot" raketi, THAAD, SM3 və ya "Tomahawk" raketi lazımdırsa, daha yüz ədəd istehsal etmək üçün hərbi zavodda başqa bir növbə əlavə etməyəcəyik".
Nazirin sözlərinə görə, ABŞ-ın məsələni həll etmək üçün "bu sursatlardan üç, dörd və ya beş dəfə çox istehsal edə bilmək üçün daha üç fabrik tikmək niyyətindədir".
Heqset əmin edir ki, Vaşinqton qərar verərsə, Amerika qüvvələrinin İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün kifayət qədər sursatı var: "Lazım gələrsə, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə tam qadirik. Sursat ehtiyatlarımız həm orada (regionda - red.), həm də dünyada bunun üçün kifayətdir, çünki daha dəyərli sursatların istifadəsini daha çox miqdarda mövcud olanlarla balanslaşdırırıq. Beləliklə, bizim üçün vəziyyət çox yaxşıdır".
Musavat.com