AZ

Roma idman direktoru ilə yolları ayırdı

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Roma" idman direktoru Frederik Massara ilə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

57 yaşlı Massara 2025-ci ilin iyununda üçüncü müddətə "Roma"nın idman direktoru olub. O, əvvəllər bu vəzifəni iki dəfə, 2016-cı ilin oktyabrından 2017-ci ilin aprelinə və 2019-cu ilin martından iyununa qədər tutub. İtaliyalı mütəxəssis həmçinin "Milan" və "Renn" klublarında da eyni vəzifəni tutub. O, həmçinin müxtəlif vaxtlarda Roma klubunda katib və biznes meneceri vəzifələrində çalışıb.

Qeyd edək ki, "Roma" başa çatan mövsümdə A Seriyasında üçüncü yeri tutub. Can Pyero Qasperininin komandası gələn mövsüm Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
sport24.az

1Mənbələr