AZ

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyur

Polşada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Polşanın Rəqəmsal Məsələlər üzrə Naziri Kşiştof Qavkovski bildirib.

Onun sözlərinə görə, yeni qanun layihəsi üzərində iş gedir. Yeni qanunun sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir.

Uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Polşanın hakim Vətəndaş Koalisiyası alyansının deputatları tərəfindən irəli sürülüb. Layihəni təhsil naziri Barbara Novaçka da dəstəkləyir.

Seçilən
16
14
publika.az

10Mənbələr