Demoqrafik vəziyyət göstərir ki, gələcəkdə Estoniya ordusunu heyətlə təmin etmək üçün kifayət qədər kişi doğulmayacaq.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, gələcəkdə ölkədə məcburi hərbi xidmət üçün kişilərin çatışmazlığı olacaq. Buna görə də qadınlar üçün məcburi hərbi xidmətin tətbiqi an məsələsidir. Bu barədə Estoniya ERR telekanalı məlumat verir .
O qeyd edib ki, hazırda Estoniyada çağırışçıların əksəriyyəti gənc kişilərdir. Lakin demoqrafik vəziyyət göstərir ki, gələcəkdə müdafiə planlarına uyğun olaraq ordunu doldurmaq üçün kifayət qədər kişi doğulmayacaq.
Əvvəllər ölkədə ildə 15 minə qədər oğlan uşağı dünyaya gəlirdisə, hazırda bu rəqəm cəmi 4-5 mindir.
Növbəti 14 il ərzində Estoniya müdafiə ehtiyaclarını yalnız kişi əsgərlərlə ödəyə biləcək. Lakin bu vaxt çox tez keçəcək, ona görə də indidən həll yolu hazırlamaq lazımdır, deyə Rannaveski hesab edir.
Onun sözlərinə görə, Estoniyanın hər bir vətəndaşı ölkənin müstəqilliyini müdafiə etməyə borcludur.
"Ümid edirəm ki, bu sual (qadınların hərbi xidmətə məcburi çağırılması ilə bağlı - red.) "bu baş verəcək" deyil, "nə vaxt" kateqoriyasına aiddir", - deyə o qeyd edib.
Xatırladaq ki, Rusiya Baltikyanı ölkələrdə guya "rusların hüquqlarını qorumaq" üçün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməyi planlaşdırır .