AZ

Klub rəhbərliyi mükafat vəd etdi: hərəsinə 1 milyon avro verəcək!

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün UEFA Çempionlar Liqasının finalında Fransa PSJ-si İngiltərə "Arsenal"ı ilə üz-üzə gələcək.Modern.az xəbər verir ki, PSJ-nin rəhbərliyi futbolçuları ruhlandırmaq üçün onlara böyük mükafat vəd edib - qalib gələcəkləri təqdirdə yaxşı mükafat qazanacaqlar.

Fransanın nüfuzlu "L'Équipe" nəşrinin məlumatına görə, finalda qalib gələrlərsə, Paris klubunun hər bir oyunçusuna təxminən 1 milyon avro mükafat veriləcək.

Fransa klubunun rəhbərliyi ötən il də finalda "İnter"i 5:0 hesabı ilə məğlub edən futbolçulara da eyni məbləğdə mükafat ödəmişdi.

Çempionlar Liqasının final oyunu bu gün Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
modern.az

1Mənbələr