AZ

Virciniya ştatında baş verən avtobus qəzasında beş nəfər öldü

ABŞ-nin Virciniya ştatında, I-95 dövlətlərarası magistral yolunda sərnişin avtobusu və bir neçə avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər həlak olub, 44 nəfər isə yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Məlumata əsasən, qəza Vaşinqtondan təxminən 70 km cənubda, Stafford dairəsində baş verib. Polisin bildirdiyinə görə, avtobus sürücüsü yolda aparılan təmir işləri səbəbindən sürətin azaldılması barədə yol nişanlarına məhəl qoymayıb, nəticədə yolsuzluq avtomobilinə çırpılıb, daha sonra isə digər bir neçə maşınla toqquşub. Toyuqlu pizza

Zərbənin gücündən avtomobillərdən biri alışıb. Həlak olanlar arasında Massaçuset ştatından olan dörd nəfərlik ailə var: 45 yaşlı kişi, 44 yaşlı qadın, 13 yaşlı qız və 7 yaşlı oğlan. Digər qurban isə yolsuzluq avtomobilində olan 25 yaşlı qadındır.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb, onlardan üçünün vəziyyəti kritikdir. Nyu-Yorkdan Şarlott (Şimali Karolina ştatı) şəhərinə hərəkət edən avtobusda təxminən 34 sərnişin olub. Avtobusun sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır, ABŞ-nin Milli Nəqliyyat Təhlükəsizliyi Şurası artıq təhqiqata qoşulub./Report


Telegram kanalımız
Seçilən
15
4
yenisabah.az

5Mənbələr