Teymur Müskanlı kəndinin sakini Həsən Heydərov vəfat edib.
KONKRET.az xəbər verir ki, rayonun Teymur Müskanlı kənd sakini, xeyirxahlığı və alicənablığı ilə tanınan iş adamı Həsən Hümbət oğlu Heydərov vəfat edib.
Həsən Heydərov uzun illər ərzində həm iş fəaliyyəti, həm də xeyriyyəçilik əməlləri ilə ətrafındakı insanların rəğbətini qazanıb. O, ağsaqqal kimi verdiyi dəyərli məsləhətləri, insanlara göstərdiyi qayğı və xeyirxah münasibəti ilə yaddaşlarda qalacaq.
Onun vəfatı doğmaları, yaxınları, kənd sakinləri və onu tanıyan hər kəs üçün ağır itki kimi dəyərləndirilir.
Mərhumun 3-7 mərasimi 4 iyun 2026-cı il tarixində Sumqayıt şəhərində yerləşən “Qayalı” mərasim evində keçiriləcək.
Allah rəhmət eləsin! Məkanı cənnət, ruhu şad olsun. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.