AZ

“Qarabağ”da çalışan baş məşqçi 2000 manat qarşılığında iş yerini dəyişdi

Premyer Liqada ikinci mövsümünə hazırlıq görən «İmişli» AFFA qarşısında götürdüyü öhdəliyi yerinə yetirib.

Aranlılar daha iki çempionatda təmsil olunacaq. 17 və 19 yaşlılardan ibarət komandalar yaradılıb. Artıq onlardan birinin baş məşqçisinin kimliyi müəyyənləşib.

İmişli rayonunun adını daşıyan klub U-19-u Vüqar Əsgərə tapşırıb. O, son iki mövsümü «Qarabağ»da keçirib.

«Köhlən atlar»ın U-17 komandası ilə bürünc medal qazanan gənc mütəxəssis 2000 manat qarşılığında iş yerini dəyişib.

«Pro» kateqoriyalı çalışdırıcı 3 il qabaq «Şamaxı»nı çalışdırıb. Onun sükanı arxasında dayandığı kollektiv həmin vaxt Premyer Liqada sonuncu yeri tutaraq, I Liqanın yolunu tutub.

SPORTİNFO.AZ

Seçilən
16
sportinfo.az

1Mənbələr