Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A. Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır