AZ

İlqar Əliyev “Azfinans”ı satıb

“Azfinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi İlqar Əliyev payını satıb.

BOKT illik hesabatına görə, onun payını Fidan Axundova (70%) və Orxan Məmmədov (30%) alıblar.

“Azfinans” BOKT-un zərəri 87 %-dən çox artıb

“Azfinans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 73 min manat zərərlə başa vurub. Bu, 2024-cü ilə nisbətən 87,2 % çoxdur.

Bu il yanvarın 1-nə “AzFinans”ın aktivləri 1,511 milyon manat olub ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. Bunun 774 min manat müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,5 dəfə böyüyüb.

Hesabat dövründə “Azfinans”ın öhdəlikləri 6,15 dəfə artaraq 320 min manata, balans kapitalı isə 4,5 dəfə artaraq 1,191 milyon manata çatıb.

Xatırladaq ki, “Azfinans” BOKT 2021-ci ildə yaradılıb.

Azfinans Azfinans BOKT Azfinans MMC BOKT bank olmayan kredit təşkilatı İlqar Əliyev Fidan Axundova Orxan Məmmədov təsisçi dəyişikliyi pay satışı BOKT pay satışı səhmdar dəyişikliyi Azfinans təsisçiləri BOKT zərəri Azfinans zərəri zərər artımı maliyyə hesabatı illik hesabat BOKT hesabatı aktivlər kredit portfeli müştərilərə verilmiş kreditlər öhdəliklər balans kapitalı kapital artımı kredit portfeli artımı Azərbaycan BOKT sektoru maliyyə xəbərləri Marja.az
Seçilən
55
1
marja.az

2Mənbələr