AZ

“Qarabağ”ın futbolçusu qalmaqalda: Kamilo Duran görə 80 min avroluq borc iddiası

ain.az bildirir, sport24.az portalına istinadən.

"Qarabağ"ın futbolçusu Kamilo Duranın transferi qalmaqala səbəb olub. Sport24.az xəbər verir ki, Portuqaliya mətbuatının yaydığı məlumata görə, 24 yaşlı vingerin keçmiş klubları arasında maliyyə problemi yaranıb.Belə ki, "Lusitania" tərəfi futbolçunun transferinə görə "Portimonense"nin hələ də onlara 80 min avro borclu olduğunu açıqlayıb.Məlumata əsasən, 2-ci Liqa təmsilçisi məsələ ilə bağlı Portuqaliya Futbol Federasiyasına da müraciət edib.Kamilo Duran 2023/2024 mövsümündə "Lusitania"nın formasını geyinib. Kolumbiyalı futbolçu 2024/2025 mövsümündə "Portimonense"də çıxış etdikdən sonra "Qarabağ"a transfer olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sport24.az

1Mənbələr