AZ

Boşqabın rəngi çəkiyə necə təsir edir? Artıq çəkidən qurtulmağın 12 psixoloji hiyləsi

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çox vaxt stres, darıxmaq və ya uşaqlıq vərdişləri insanı ehtiyacından artıq yeməyə sövq edir.Demokrat.az xəbər verir ki, dietoloq və psixoloqlar acından ölmədən, sadəcə vərdişləri dəyişərək iştahı idarə etməyin 12 qızıl qaydasını açıqlayıblar. Artıq çəkidən qurtulmaq üçün sınanmış üsullar:1. İlk olaraq su için: Tox olduqdan az sonra yaranan aclıq hissi çox vaxt susuzluq əlamətidir. 1 stəkan su içib 15 dəqiqə gözləyin.2. Rejimə əməl edin: Hər gün eyni saatda yemək beyində aclıq siqnallarını nizamlayır və vaxtsız qəlyanaltı istəyini yox edir.3. Kiçik qablardan istifadə edin: Yeməyi uşaq boşqablarında və desert qaşığı ilə yeyin. Bu zaman beyin vizual olaraq daha çox yediyinizi zənn edir.4. Tələsmədən çeynəyin: Mədənin doyma siqnalı beyinə 20 dəqiqə gec çatır. Sürətli yemək birbaşa mədə ağırlığına və artıq çəkiyə səbəb olur.5. Yatmazdan 3-4 saat əvvəl dayanın: "Saat 18:00-dan sonra yeməmək" qaydası köhnəlib. Əsas şərt odur ki, son qida qəbulu yuxudan 3-4 saat əvvələ təsadüf etsin.6. Ekran qarşısında yeməyin: Telefon və ya televizora baxaraq qidalanmaq nə qədər yediyinizi nəzarətdən çıxarır. Gadjetları kənara qoysanız, daha az porsiya ilə doyacaqsınız.7. Boşqabın rəngini dəyişin: Qara, qəhvəyi və tünd yaşıl rəngli qablar iştahı azaldır və tez doymağa kömək edir. Ağ və qırmızı rənglər isə aclıq hissini stimullaşdırır.8. Fraksiyalı (az-az, tez-tez) qidalanın: Gündə 5-6 dəfə kiçik porsiyalarla yemək maddələr mübadiləsini sürətləndirir və axşamlar həddindən artıq yeməyin qarşısını alır.9. Dişlərinizi fırçalayın: Hər yeməkdən sonra ağızda qalan nanə təravəti dadbilməni sıfırlayır və növbəti qəbuladək nəsə atışdırmaq istəyini öldürür.10. Zərərli qidaları gizlədin: Şirniyyat və qəlyanaltıları göz önündən yığışdırın, yerinə isə masa üzərinə təzə meyvə (məsələn, alma) qoyun.11. Darıxarkən məşğuliyyət tapın: Sırf darıxdığınız və ya gərgin olduğunuz üçün soyuducuya üz tutmaq əvəzinə, rəsm çəkin və ya gündəlik yazın.12. Yuxu rejiminə diqqət edin: Gündə 7-8 saatdan az yatdıqda, orqanizm enerji çatışmazlığını yeməklə kompensasiya etməyə çalışır. Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
demokrat.az

2Mənbələr