Rusiya ilə Ermənistan arasında yaranmış diplomatik qalmaqal böyüməkdədir.
Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş açıqlamaya görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Nazirliyin saytında dərc olunan bəyanatda deyilir: "Kopırkin Ermənistan rəhbərliyinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa zərər verən Avropa İttifaqı ilə yaxınlaşma istiqamətindəki addımları ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya çağırılıb".