AZ

Rusiyanın Ermənistandakı səfiri geri çağırılıb

BAKI, 30 may. TELEQRAF

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Teleqraf Erm'nistan mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P. Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Buna səbəb Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşmaya yönəlmiş və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlığa zərər vuran addımlarıdır”, - nazirliyin məlumatında bildirilib.

Seçilən
31
teleqraf.com

1Mənbələr