AZ

Ukraynadan Rusiyanın neft mərkəzlərinə ağır zərbə: Tankerlər və neft bazaları alovlar içində!

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının dərinliklərində yerləşən mühüm yanacaq və enerji obyektlərinə qarşı eyni anda kütləvi və dağıdıcı zərbələr endirib.

Musavat.com xəbər verir ki, Rostov vilayəti və Krasnodar diyarında yerləşən strateji neft infrastrukturları güclü hücuma məruz qalıb.

Rostov vilayətinin qubernatorunun verdiyi rəsmi məlumata görə, Taqanroq şəhərində reallaşan hava hücumu nəticəsində liman ərazisində dayanan nəhəng neft tankeri, yanacaq çəni və limanın inzibati binası qəfil alovlanaraq yanmağa başlayıb.

Yerli hakimiyyət orqanları yanğının böyük çətinliklə söndürüldüyünü və neft məhsullarının dənizə sızmasının qarşısının alındığını iddia etsələr də, limanın yanalma körpüsünün yükləmə infrastrukturu və inzibati binaları ciddi şəkildə dağılaraq sıradan çıxıb.

Eyni saatlarda Krasnodar diyarının Armavir şəhərində də analoji fəlakət yaşanıb. Şəhər administrasiyasından sızan məlumatlara görə, Ukrayna ordusunun hədəfi bu bölgədə fəaliyyət göstərən "Cənub Neft Şirkəti"nə məxsus neft bazası olub. Hücum nəticəsində neft bazasının ərazisində dərhal güclü yanğın qeydə alınıb və hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib. Bölgələrdən gələn xəbərlər Rusiyanın iqtisadi və logistik mərkəzlərinə vurulan ziyanın miqyasının kifayət qədər böyük olduğunu sübut edir.

Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr