AZ

Parlament eynicinsli nikahla bağlı qanun layihəsini qəbul etdi

Yazını böyüt
Yazını kiçilt

Polşa parlamentinin aşağı palatası (Seym) nikahdankənar ittifaqların, o cümlədən eynicinsli cütlüklərin qeydiyyatı üçün hüquqi forma yaradılmasını nəzərdə tutan "Ən yaxın şəxsin statusu haqqında" qanun layihəsini qəbul edib.

Hafta.az xəbər verir ki, bundan sonra layihə baxılması üçün Senata (parlamentin yuxarı palatası) və imzalanması üçün prezidenti Karol Navrotskiyə təqdim olunacaq.

Navrotskinin ofis rəhbəri Pavel Şefernaker bildirib ki, prezident hakim koalisiyanın de-fakto "nikah və partnyorluq münasibətlərini bərabərləşdirən" bu təşəbbüsünü dəstəkləmir.

Eyni zamanda, Navrotskinin administrasiyasından vurğulayıblar ki, Polşa lideri bu növ münasibətləri qurmaq istəyən şəxslər arasında notarial müqavilə formasında "ən yaxın şəxs" hüquqi statusunun yaradılmasının tərəfdarıdır.

"Ən yaxın şəxsin statusu haqqında" qanun layihəsi hakim koalisiyaya daxil olan "Solçular" və Polşa Kəndli Partiyasının birgə hazırladığı kompromisli təşəbbüsdür. Layihəyə əsasən, nikahdankənar ittifaqlar çərçivəsində birgəyaşayışın yalnız notariusda qeydiyyata alınması təklif olunur.

Polşa konstitusiyasına görə, nikah yalnız kişi və qadının ittifaqı kimi tanınır./TASS/

Seçilən
83
hafta.az

1Mənbələr