AZ

Dünya çempionu Argentina klubu ilə müqavilə bağladı

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Argentina millisinin heyətində dünya çempionu olan Nikolas Otamendi "River Pleyt" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otamendi 2025/2026 mövsümünün sonunda "Benfika"dan ayrılaraq azad agent olub. 38 yaşlı müdafiəçinin "River Pleyt" ilə müqaviləsi 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub. 

Otamendi 2020-ci ildən "Benfika"da oynayır. O, Portuqaliya klubunda 281 oyun keçirib, Portuqaliya çempionluğunu, Portuqaliya Kubokunu və iki Portuqaliya Super Kubokunu qazanıb.

Qeyd edək ki, Otamendi bu yay keçiriləcək dünya çempionatından sonra yeni klubuna qoşulacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
sport24.az

1Mənbələr