Şotlandiyanın "Boards of Canada" elektron musiqi qrupu ABŞ Prezident Administrasiyasının onların musiqisindən icazəsiz istifadə etdiyini bəyan edib.
Hafta.az xəbər verir ki, söhbət Ağ Evin sosial şəbəkələrdə dövlət bayrağı, ABŞ liderinin rəsmi iqamətgahı qarşısındakı çəmənliyə enən helikopter və ABŞ Sərhəd Patrul Xidmətinin suları yararaq irəliləyən gəmisinin əks olunduğu videoçarxı müşayiət etmək üçün istifadə olunmuş "Deep Times" kompozisiyasından gedir.
BBC qrupun və onu təmsil edən "Warp Records" səsyazma şirkətinin bəyanatını sitat gətirib. Bəyanatda bildirilir ki, onlar siyasi mesajların yayılması üçün musiqilərindən icazəsiz istifadə olunmasına icazə vermirlər. Ağ Evin məsələyə reaksiyası barədə məlumat verilmir.
Qeyd edək ki, "Boards of Canada" qrupunun əsası 1980-ci illərdə Mayk Sendison və Markus Eoin qardaşları tərəfindən Şotlandiyanın Morey bölgəsində qoyulub./BBC/