“Subway Azərbaycan” şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib - FOTO - VİDEO
“Subway Azərbaycan”ın dəstəyi ilə Vətən müharibəsi şəhid və qazi ailələrindən olan 90 uşaq valideynləri ilə birlikdə "Planet Parni iz Baku" KVN gecəsində iştirak edib. Qonaqlar üçün Cabir İmanovun xatirəsinə və Azərbaycanda televiziya KVN-nin inkişafına həsr olunmuş mədəni-əyləncəli proqram təşkil olunub. Bu axşam uşaqlar və onların valideynləri üçün birlikdə vaxt keçirmək və yadda qalan mədəni tədbirin bir hissəsi olmaq imkanı yaradıb. Proqram başa çatdıqdan sonra balaca qonaqlar Əməkdar artist Tahir İmanovla görüşüb, onunla ünsiyyət qurub və xatirə şəkilləri çəkdiriblər. Layihə “Subway Azərbaycan”ın ölkədə həyata keçirdiyi ilk sosial təşəbbüslərdən biri olub və brendin diqqətinin yalnız şəbəkənin inkişafına deyil, həm də ictimai həyatda iştiraka yönəldiyini əks etdirir. Qeyd edək ki, “Subway” sendviçlər üzrə ixtisaslaşan və dünyanın 37 mindən çox nöqtəsində təmsil olunan ən böyük beynəlxalq restoran şəbəkələrindən biridir. Subway restoranlarının ölkədə ilk açılışlarının iyunun əvvəli baş tutacağı planlaşdırılır. Brendin Azərbaycan bazarına daxil olması sürətli xidmət seqmentində rəqabəti gücləndirir və beynəlxalq brendlərin ölkəyə artan marağını əks etdirir.