AZ

“Neftçi” Elvin üçün yenidən hərəkətə keçir

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Neftçi" Elvin Cəfərquliyevin transferi ilə bağlı cəhdlərini davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu Azərbaycan millisinin müdafiəçisini heyətinə qatmaq üçün yenidən "Qarabağ"la danışıqlar aparmağı planlaşdırır. Tərəflər arasında daha əvvəl keçirilən görüşlərdə ortaq məxrəcə gəlmək mümkün olmayıb.Buna səbəb "Neftçi"nin təklif etdiyi transfer məbləğinin "Qarabağ"ı qane etməməsi olub. Ağdam təmsilçisi futbolçunun keçidi üçün daha yüksək maliyyə tələbi irəli sürüb.Qeyd edək ki, Elvin Cəfərquliyevin "Qarabağ"la gələn ilin yayınadək sözləşməsi var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
2
sport24.az

3Mənbələr