AZ

Ukrayna PUA ları Rostova hücum etdi − Tanker və yanacaq çənləri yandı

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Ukraynanın pilotsuz uçuş aparatlarının hücumu nəticəsində Rusiyanın Taqanroq limanında tanker, yanacaq çənləri və inzibati bina yanğınada yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat yayıb.

Onun sözlərinə görə, heç kim xəsarət almayıb.

Həmçinin şəhər meri Svetlana Kambulova bildirib ki, limanda və inzibati binadakı yükləmə infrastrukturuna ziyan dəyib. 

Mer qeyd edib ki, Taqanroqda PUA-nın qalıqlarının şəxsi evə dəyməsi nəticəsində bir kişi və bir qadının xəsarət alıb,  bir neçə binada pəncərələr sınıb. Kambulova bildirib ki, şəhər hakimiyyəti əvvəlki hücumundan sonra mayın 27-si elan edilən fövqəladə vəziyyətin sərhədlərini genişləndirmək qərarına gəlib.

Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bildirib ki, PUA hücumu nəticəsində Taqanroqdakı hərbi aerodromda iki Tu-142 təyyarəsi məhv edilib. Onun sözlərinə görə, şəhər yaxınlığında “İsgəndər” raket sistemi uğurla məhv edilib.

Dronlar həmçinin Rostov vilayətinin Armavir şəhərində Cənub Neft Şirkətinə məxsus neft anbarına da zərbə endirib. Armavir administrasiyası yanğın baş verdiyini və heç kimin xəsarət almadığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
21
yeniavaz.com

10Mənbələr