AZ

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

Fransa və ABŞ İran ətrafındakı vəziyyət də daxil olmaqla, fikir ayrılıqlarına baxmayaraq, NATO daxilində müttəfiq olaraq qalırlar.

AZƏRTAC xəbər verir ki, bunu hazırda Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik forumunun plenar sessiyasında çıxış edən Fransanın silahlı qüvvələr naziri Ketrin Votrin deyib.

ABŞ və Fransa arasında, xüsusən də İran ətrafındakı vəziyyətlə bağlı fikir ayrılıqlarının NATO daxilindəki münasibətlərə necə təsir etdiyi barədə sualı cavablandırarkən o deyib: "Əlbəttə, biz müttəfiqlərik. Bəli, biz həmişə göz-gözə gəlmirik, lakin biz müttəfiq olaraq qalırıq".

Votrin Fransanın Yaxın Şərqdəki siyasətinin hücum deyil, müdafiə xarakterli olduğunu bir daha vurğulayıb. Eyni zamanda, fransalı nazir söz verib ki, NATO çərçivəsində ABŞ ilə münasibətlər alyansın iyulda keçiriləcək sammitində əsaslı və ətraflı müzakirə olunacaq.

Seçilən
0
4
azerbaijan-news.az

5Mənbələr