AZ

Mançester Yunayted portuqaliyalı futbolçuya elçi düşüb

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Mançester Yunayted" yay "transfer pəncərəsi"ndə heyətini gücləndirmək üçün yeni vinger axtarışlarını davam etdirir. Sport24.az "Football İnsider" istinadən xəbər verir ki, İngiltərə nəhənginin transfer siyahısında "Milan"ın portuqaliyalı hücumçusu Rafael Leao da yer alıb.Mənbənin sözlərinə görə, İtaliya təmsilçisi növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün 26 yaşlı futbolçunun satılmasına razıdır. Bildirilir ki, "rossonerilər" Leaonu əvvəlki dəyərindən daha aşağı məbləğə buraxmağa hazırdır.Qeyd edək ki, Rafael Leao bu "Milan" klubunun heyətində 31 rəsmi matçda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
sport24.az

1Mənbələr