AZ

Müğənni sevgilisini döyməkdə ittiham olundu, qadınlar tərəfindən qovuldu VİDEO/FOTOLAR

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Türk aktyor Ozan Güven İstanbulun Kadıköy rayonunda getdiyi bir məkanda qadınların etirazı ilə qarşılaşıb. Demokrat.az xəbər verir ki, keçmiş sevgilisi Deniz Bulutsuzu döyməkdə ittiham olunduğu iş üzrə məhkəmə tərəfindən həbs cəzası alan Güven “Cinayətkarlar çölə” şüarları səsləndirildikdən sonra məkandan çıxarılıb.Məkanda olan qadınlar Ozan Güveni gördükdən sonra ona qarşı şüarlar səsləndirib. Qısa müddət ərzində vəziyyət gərginləşib və aktyor  məkandan uzaqlaşıb. Hadisə anlarına dair görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.Ozan Güven 2020-ci ildə keçmiş sevgilisi Deniz Bulutsuz ilə bağlı baş verən hadisə üzrə “qəsdən xəsarət yetirmə” ittihamı ilə mühakimə olunub və bu maddə üzrə həbs cəzası alıb. “Təhqir” və “şəxsi azadlıqdan məhrum etmə” ittihamlarından isə bəraət qazanıb.İstanbul 58-ci Asliye Cinayət Məhkəməsinin qərarına əsasən, Deniz Bulutsuzun şikayəti üzrə baxılan işdə Ozan Güvenə cəza verilib, qarşı tərəf isə “yüngül xəsarət” ittihamından bəraət alıb. Daha sonra apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb və hökm qismən qüvvəyə minib. Aktyorun 45 günlük həbs cəzasının olduğu bildirilir.Ozan Güven daha əvvəl açıqlamalarında ittihamları qəbul etmədiyini, kiməsə zərbə vurmadığını və hadisənin yanlış qiymətləndirildiyini iddia etmişdi.

KADINLAR OZAN GÜVEN'İ MEKANDAN KOVDUEski sevgilisi Deniz Bulutsuz'u darbettiği iddiasıyla hapis cezasına çarptırılan oyuncu Ozan Güven, Kadıköy'de gittiği bir mekandan kovuldu.Mekanda peş peşe 'failler dışarı' sloganları atıldı.https://t.co/zlfJ0rom1n pic.twitter.com/TDBeLXEmuk

— Halk TV (@halktvcomtr) May 30, 2026

Seçilən
24
1
demokrat.az

2Mənbələr