"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Azərbaycanın müxtəlif bölgələrindən gələn, Quba Şahdağ Truskaves Mərkəzində müalicə alan şəhid ailələri və qazilərimizlə baş tutan görüş haqda fikirlərini açıqlayıb.
QHT.az həmin açıqlamanı təqdim edir:
"Bu gün şəhid ailələri ilə növbəti görüşümüz keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən gələn, Quba Şahdağ Truskaves Mərkəzində müalicə alan şəhid ailələri və qazilərimizlə səmimi görüş baş tutdu.
Görüş zamanı ailələrin vəziyyəti ilə maraqlandıq, onları narahat edən məsələləri dinlədik, fikir və təklifləri ilə yaxından tanış olduq.
Şəhid ailələri və qazilərimiz xalqımızın qürur mənbəyidir. Onların qayğıları ilə maraqlanmaq, daim yanlarında olmaq və onlara dəstək göstərmək hər zaman diqqət mərkəzimizdədir.
Bu kimi görüşlərin təşkilinə, eləcə də şəhid ailələri və qazilərimizə göstərilən diqqət və qayğıya görə Quba Şahdağ Truskaves Mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Göstərilən həssas münasibət və yaradılan şərait ailələrimiz tərəfindən yüksək qiymətləndirilir.
Bundan sonra da şəhid ailələri və qazilərimizlə görüşlərimizin davamlı olması, onların sosial rifahının yüksəldilməsinə və mənəvi dəstəyinin gücləndirilməsinə töhfə vermək əsas prioritetlərimizdən biri olaraq qalacaq".