AZ

Özel-İmamoğlu ittifaqında yeni partiya yaranır - CHP-də çöküş son həddə…



Məhkəmənin CHP-yə qarşı "tamamilə etibarsızlıq" qərarından sonra Özgür Özel və Əkrəm İmamoğlunun rəhbərlik etdiyi cəbhə, CHP daxilində hüquqi və siyasi seçimlər tükənərsə, avqust ayından gec olmayaraq yeni bir partiya yaratmaq üçün hazırlıqlara başlayıb.

Bu barədə haberler.com saytının xəbərində deyilir. Xəbərə görə, yeni quruluşa "Türk İttifaq Partiyası" adının verilməsi yönündə işlər aparılır.

Özgür Özelə yaxın mənbələrdən canlı yayımda çox qaynar məlumatlar paylaşan jurnalist Sinan Burhan partiyadakı parçalanmanın geri dönüşü olmayan nöqtəyə çatdığını bildirərək yazır:

"Cənab Özgür və cənab Əkrəm CHP-də qalmaq istəsələr də, bu mərhələdə CHP-də qalmaq variantları aradan qalxmış kimi görünür. Parçalanma qaçılmazdır. Danışdığım mənbələr deyir ki, "Biz CHP-dən ayrılmaq istəmirik, amma Kamal bəy və komandasının nümayiş etdirdiyi mövqedən başa düşürük ki, onlar artıq bizimlə işləmək istəmirlər". Sinan Burhan Özel və İmamoğlu duetinin yol xəritəsini və yeni partiyanın lövhəsinin açılış tarixini də açıqlayıb:

"Bütün siyasi və hüquqi variantları tükəndirdikdən sonra avqust ayından gec olmayaraq yeni bir siyasi partiya yaradılacaq. Prosesi sürətləndirmək üçün mövcud kiçik bir partiya ələ keçiriləcək və siyasi hərəkat tamamilə bu əsasda davam edəcək”.

Jurnalist Barış Yarkadaş isə yazır ki, Əkrəm İmamoğlu və dostları yeni bir partiya yaratsalar, mövcud Türk İttifaq Partiyasının adından istifadə etmək üçün ciddi səylər göstərəcəklər.
“Bundan əlavə, çox vacib bir işarə var: bir neçə gün əvvəl Türk İttifaq Partiyasının nümayəndələri Özgür Özel və komandası ilə birlikdə bayram tədbirində iştirak etdilər. Bu təsadüf deyil; bu, yeni bir prosesin vacib siqnalıdır”- o yazıb.

SAMİRƏ

Seçilən
39
baki-xeber.com

1Mənbələr