AZ

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İranın xarici işlər naziri Abbas Araqçı müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın vacib olduğunu vurğulayıb.

Modern.az xəbər verir ki, Araqçı sosial media paylaşımında bildirib:“Çox həssas bir dövrdə sülhsevər müsəlman liderləri sülhün yolunu açmaq üçün çiyin-çiyinə dayanırlar”.

Nazir əlavə edib ki, mövcud şəraitdə regional ölkələr arasında həmrəylik və əməkdaşlıq çox vacibdir və müsəlman liderlərinin birgə səyləri tarixə düşəcək.

İranlı nazir paylaşımını bütün müsəlmanlara Qurban bayramı təbriklərini çatdıraraq yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
3
modern.az

4Mənbələr