Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün ingilis şair Aleksandr Popun anım günüdür.
Kulis.az onun aforizmlərini təqdim edir.
Axmaqlar tanrıların getməkdən qorxduğu yerə tələsirlər.***
Baxışlarımız bizim saatlarımıza bənzəyir: hamısı fərqli vaxtları göstərir, amma hər kəs yalnız öz saatına inanır.
***
Bəhanə yalandan daha pisdir, çünki bu, bizim sadiq qaldığımız bir yalandır.
***
Bütün axmaqlar kimisə ələ salmaq üçün səbirsizlənirlər.***
Cazibədarlıq gözə çarpar, fəzilət isə ruhu fəth edər.***
Gözəllik tək bir saçla belə bizi arxasından sürüyər.***
Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir.***
İnsanı əsarət altına alan hər şey onun ləyaqətinin yarısını məhv edər.***
Qəzəblənmək başqalarının səhv hesablamalarına görə məsuliyyət daşımaq deməkdir.***
Özünə heyran olan insanın gözləri qədər böyüdən mikroskop yoxdur.***
Sərvətin toplandığı yerdə insanlar əxlaqını itirər.***
Tarix dostlardan daha çox, itlərin sədaqət nümunələri ilə doludur.***
Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır.***
Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi hədiyyəsidir.
İçərişəhər tarixində ilk
Xaqani Şirvaninin 900 illiyinə həsr olunan videomaterial hazırlandı
Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.