AZ

Azərbaycan milli minifutbol komandası İtaliyanı məğlub edərək Avropa Çempionatının pley off mərhələsinə vəsiqə qazandı

Oxumeni.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan milli minifutbol komandası İtaliyanı məğlub edərək Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı

Azərbaycan milli minifutbol komandası hazırda Slovakiyada davam edən Avropa Çempionatının pley-off mərhələsinə vəsiqə qazandı.

Oxuməni.az xəbər verir ki, Elşad Quliyevin məşqçisi olduğu komanda F qrupunun ikinci turunda İtaliyanı inamlı şəkildə məğlub etdi.

“Tipos Arena”da keçirilən oyun Azərbaycanın 3-0 hesablı qələbəsi ilə başa çatdı. Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurdular.

Bu qələbə ilə Azərbaycan pley-offa erkən vəsiqə qazandı.

Dünən Azərbaycan Avstriyanı 1-0 hesabı ilə məğlub etdi, bu gün isə qrupumuzda Fransa avstriyalıları 3-1 hesabı ilə məğlub etdi.

İki turdan sonra Azərbaycanın 6, Fransanın 4, İtaliyanın 1 və Avstriyanın 0 xalı var.

Xatırladaq ki, Azərbaycan milli komandası AVRO 2022-nin qalibi olub.

Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
oxumeni.az

2Mənbələr