Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin məlumatına görə, dünyada hər 5 nəfərdən biri xərçəngə tutulur. Hər 8 kişidən 1-i və hər 11 qadından 1-i xərçəng səbəbindən həyatını itirir.
Bizim.Media "Akşam"a istinadən xəbər verir ki, ən çox rast gəlinən ilk 5 xərçəng növündən biri kolorektal/yoğun bağırsaq xərçəngidir.
Türkiyəli qidalanma və dieta mütəxəssisi, dietoloq Hande Güngör yoğun bağırsaq xərçənginə qarşı tədbirləri belə izah edib:
• Sağlam çəkidə qalın və bunu qoruyun.
• Müxtəlif rənglərdə, təzə tərəvəz və meyvə ağırlıqlı qidalanın; yüksək lifli qidalar istehlak edin.
• Həyatınızda lif (şirə/posa) baxımından zəngin qidaların istehlakına daha çox yer verin.
• Rafinə edilmiş şəkər və yüksək karbohidratlı qidaların istehlakını məhdudlaşdırın.
• Siqaret və spirtli içki istifadəsini dayandırın.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta