AZ

Ağ Ev: Prezident yalnız ABŞ üçün faydalı olan saziş imzalayacaq

Ağ Ev: Prezident yalnız ABŞ üçün faydalı olan saziş imzalayacaq

Ağ Ev ötən gün keçirilən İran mövzulu toplantı ilə bağlı bəyanat yayaraq, Prezident Donald Trampın yalnız ABŞ üçün yaxşı olan və ölkəsinin qırmızı xətlərinə cavab verən bir sazişə imza atacağını bildirib.

AFN.az xəbər verir ki, Ağ Ev rəsmisi mətbuata açıqlamasında Situasiya Otağında (Situation Room) baş tutan və ABŞ-İran arasında mümkün sazişin müzakirə edildiyi milli təhlükəsizlik iclasının təfərrüatlarını bölüşüb.

Sözügedən rəsmi şəxs iclasın təxminən iki saat davam etdiyini diqqətə çatdıraraq, Prezident Trampın yalnız ABŞ-nin maraqlarına uyğun gələn şərtləri qəbul edəcəyini və İranın heç bir zaman nüvə silahına sahib ola bilməyəcəyini xüsusi olaraq vurğulayıb.

Seçilən
21
afn.az

1Mənbələr