
Almaniyadakı Münhen Hava Limanı ətrafında dron hərəkətliliyi müəyyən edildikdən sonra hava hərəkəti tamamilə dayandırılıb.
AFN.az xəbər verir ki, Almaniya Federal Polisi tərəfindən verilən açıqlamada bu səhər yerli vaxtla saat 09:00 radələrində pilotların hava limanı ətrafında şübhəli uçan obyekt müşahidə etdikləri bildirilib.
Açıqlamada qeyd olunub ki, daxil olan məlumatdan sonra təhlükəsizlik mülahizələrinə görə hava limanı hava hərəkəti üçün bağlanıb və uçuş-enmə zolaqlarındakı bütün qalxma və enmə əməliyyatları təxirə salınıb.
Münhen Hava Limanı ətrafında dron uçurmağın qəti qadağan olduğu xatırladılan bəyanatda bölgəyə çoxlu sayda polis qrupunun cəlb edildiyi bildirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hava limanı ərazisində və ətrafında şübhəli dronu və onunla əlaqəli şəxsləri müəyyən etmək üçün genişmiqyaslı araşdırmalara başlanılıb.
Təhlükəsizlik yoxlamalarının nə qədər davam edəcəyi və uçuşların nə vaxt normallaşacağı isə hələlik məlum deyil.