AZ

Günəş sisteminin itirilmiş planetini kəşf edildi: Niyə yox olub?

ain.az bildirir, Bizimyol portalına istinadən.

Astronomlar milyardlarla il əvvəl Günəş sistemində beşinci bir nəhəng planetin mövcud olduğunu sübut ediblər. Yupiterlə təhlükəli yaxınlıq yaşadıqdan sonra kosmos boşluğuna atılan bu “itirilmiş dünya”, digər planetlərin peyklərinin məhv olmasını əngəlləyərək gizli bir qalxan rolunu oynayıb.

Bizimyol.info xəbər verir ki, uzun müddətdir alimlər Günəş sisteminin 4,5 milyard illik tarixində ən az bir planetin itmiş ola biləcəyini ehtimal edirdilər. Johns Hopkins Universitetindən Metyu Klement və komandası tərəfindən "Icarus" jurnalında yayımlanan araşdırma isə Yupiter və Uranın peyklərində bu üçüncü buz nəhənginə dair mühüm ipucları ortaya qoyub. Alimlərə görə, bu iki nəhəng planetin peykləri sağ qalmalarını həmin sirli planete borcludur.

Tədqiqat göstərir ki, 3-4 milyard il əvvəl Günəş sisteminin ilk mərhələlərində nəhəng planetlər Günəşə və bir-birlərinə indiki mövqelərindən daha yaxın orbitlərdə idi. Yupiter, Saturn, Uran və Neptun bir-birinin cazibə qüvvəsi ilə qarşılıqlı təsir edərək tədricən hazırkı mövqelərinə doğru hərəkət edib. Lakin bu proses peyklər üçün ciddi təhlükə yaradıb.

Kompüter simulyasiyaları göstərdi ki, Yupiter və Uranın peyklərinin bu xaotik prosesdən sağ çıxma ehtimalı çox aşağıdır: Yupiterin peykləri yalnız 15%, Uranın peykləri isə yalnız 9% hallarda sağ qalır. Hər iki planetin peyklərinin eyni anda zədəsiz qalma ehtimalı isə cəmi 1%-dir.

Alimlər 122 fərqli senarini minlərlə dəfə simulyasiya etdikdə, yalnız iki uğurlu modeldə həm Yupiter, həm də Uranın peykləri günümüzə qədər sağ qalmışdı. Bu modellərin ortaq cəhəti isə sistemdə beşinci nəhəng planetin ilkin mövcudluğu idi.

Modelə görə, sistemin ilk milyard ilində Yupiterin köçü onu bu uğursuz buz nəhəngi ilə qarşılaşdırdı. Yupiterin nəhəng cazibə qüvvəsi bu sirli planeti Günəş sistemindən atdı və onu ulduzlararası kosmosda tək başına gəzən “itirilmiş planet”ə çevirdi.

Bu itirilmiş planet digər dörd nəhəng planetin miqrasiya trayektoriyasını və sürətini dəyişdi. Uranın digər nəhəng planetlərlə fəlakətli yaxınlaşmalarını əngəlləyərək sistemin tarazlığını qorudu. Yupiter peyklərində müəyyən sarsıntılar yaşasa da, onların toqquşmasına və ya kosmosa atılmasına yol vermədi.

Zaman keçdikcə peyklər yenidən sabit orbitlərinə yerləşdi. Alimlər bildirir ki, Günəş sisteminin indiki həssas tarazlığı tamamilə təsadüfi və çox ehtimal olunmayan bir kosmik proses nəticəsində yaranıb, və bu hekayənin baş qəhrəmanı artıq aramızda olmayan “itirilmiş planet”dir.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
bizimyol.info

1Mənbələr