AZ

İran: ABŞ Prezidenti diplomatiyaya üçüncü dəfə xəyanət etdi

İran: ABŞ Prezidenti diplomatiyaya üçüncü dəfə xəyanət etdi

İran lideri Müctəba Xameneinin məsləhətçisi və İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş baş komandanı general-mayor Möhsün Rizai ABŞ Prezidenti Donald Trampın dəniz blokadasını davam etdirmək kimi həddindən artıq tələbləri səbəbindən növbəti dəfə diplomatiyaya xəyanət etdiyini bildirib.

AFN.az xəbər verir ki, Rizai "X"də etdiyi paylaşımda ABŞ ilə aparılan danışıqlar prosesindəki son hadisələri qiymətləndirib.

İran liderinin məsləhətçisi öz bəyanatında ABŞ Prezidentinin diplomatiyaya üçüncü dəfə xəyanət etdiyini vurğulayaraq, onun dəniz blokadasını qüvvədə saxlaması və müzakirələrdə həddindən artıq tələblər irəli sürməsi ilə danışıqlara uyğun bir tərəf olmadığını, həmçinin tamamilə başqa məqsədlər güddüyünü növbəti dəfə sübut etdiyini diqqətə çatdırıb.

Seçilən
47
afn.az

1Mənbələr