Gələn həftə "İlin toyu" baş tutacaq
Musiqi dünyasının məşhur siması Dua Lipa ilə aktyor Kallum Törner münasibətlərini evliliklə rəsmiləşdirməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, cütlük gələn həftə İtaliyada keçiriləcək toy mərasimi ilə ailə quracaq.
Məlumata görə, 30 yaşlı Dua Lipa və 36 yaşlı Kallum Törnerin toyu cümə günü başlayacaq və üç gün davam edəcək. Mərasimə bir sıra məşhur qonaqların qatılacağı bildirilir. Bu tədbir dünya mediasında "İlin toyu" adlandırılır.
Dua Lipa ilə Kallum Törnerin toyunda əfsanəvi musiqiçi Elton Conun da iştirak edəcəyi qeyd olunur. Hətta sənətçinin mərasimdə çıxış edərək gecəni musiqisi ilə rəngləndirə biləcəyi də iddialar arasındadır.
Əvvəlcə daha sadə və sakit toy planlaşdıran cütlüyün mərasiminin sonradan daha geniş və dəbdəbəli bir tədbirə çevrildiyi bildirilir.
Jalə
Demokrat.az