AZ

Aybəniz Haşımova vəsiyyətini açıqladı

Əməkdar artist Aybəniz Haşımova qızı ilə bağlı vəsiyyətindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, müğənni “Mədəni şou” proqramında bildirib ki, həyatda ən böyük narahatlığı övladının gələcəyi ilə bağlıdır. O, hər zaman ətrafındakı insanlara və uşaqlara sevgi göstərməyə çalışdığını, bunun qarşılığında isə yalnız bir arzusunun olduğunu deyib:

“Bu dünyadan köçəndə Aynişanı ağlamağa qoymasınlar. Yoxluğumu hiss etdirməsinlər. Mən sağ olanda necə rahat olubsa, elə olsunlar. Əksini görüb o dünyada çatlayaram. Bir arzum və vəsiyyətim var – övladımı qorusunlar”. Sezar pizza

Aybəniz Haşımova qeyd edib ki, sənət yolunda uzun illər çalışıb və bütün qazandığı sevgini ən dəyərli əmanəti hesab etdiyi qızına yönəltmək istəyir.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
30
2
yenisabah.az

3Mənbələr