ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Azərbaycan BMT qarşısındakı müntəzəm büdcə öhdəliklərini vaxtında yerinə yetirən ölkələr sırasına daxil olub.
Modern.az xəbər verir ki, 2026-cı il mayın 28-nə olan məlumata görə, ümumilikdə 111 üzv ölkə BMT-nin müntəzəm büdcəsinə nəzərdə tutulan ödənişləri tam həyata keçirib.
BMT-nin açıqladığı siyahıya əsasən, Azərbaycan ödənişi müəyyən olunmuş müddətdə edən 55 ölkə arasında yer alıb.
Məlumata görə, Azərbaycanın BMT-nin müntəzəm büdcəsinə ödədiyi məbləğ 1 milyon 81 min 698 ABŞ dolları təşkil edib. Son ödəniş 2026-cı il yanvarın 22-də həyata keçirilib.
Vaxtında ödəniş edən ölkələr sırasında Almaniya, Böyük Britaniya, Kanada, Avstraliya, Polşa, Qazaxıstan və digər dövlətlər də yer alıb.
Siyahıda ən yüksək ödənişlərdən biri Almaniyaya məxsus olub - 182,2 milyon dollar. Böyük Britaniya 127,9 milyon, Kanada isə 81,4 milyon dollar ödəyib.
Qeyd edək ki, BMT-nin müntəzəm büdcəsi təşkilatın əsas fəaliyyət istiqamətlərinin, proqramlarının və inzibati xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.