AZ

Gəncədə güclü külək ağacları aşırdı - FOTOLAR

Gəncədə ötən gecədən başlayaraq güclü külək nəticəsində şəhər ərazisində təxminən 10-a yaxın irigövdəli ağac aşıb.

“Qafqazinfo” xəbər verir ki, şəhərdə əsən küləyin gücü 20-30 m/san olub.

Əraziyə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ( MKTİB) işçiləri cəlb olunub.

Küləyin törətdiyi fəsadlar aradan qaldırılmasına başlanılıb. Belə ki, bu gün səhər saatlarından başlayan işlərə MKTİB-nin texnikası cəlb edilərək qırılan ağaclar hadisə yerindən yığışdırılıb. Aşma ehtimalı olan ağaclar zərərsizləşdirilib.

Hazırda MKTİB-nin canlı qüvvə və texnikası təhlükə yaradan ağacların budanma işlərini davam etdirirlər.


"Cebheinfo.az"

Seçilən
15
cebheinfo.az

1Mənbələr