AZ

Köçəryan: Azərbaycana ərazi iddiası irəli sürən yeganə Ermənistan lideri Paşinyandır

Dedim ki, biz də  Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq

Nikol Paşinyan  Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürən yeganə lideridir. 

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Köçəryanın sözlərinə görə, Ermənistanın baş naziri də danışıqlar prosesində uğursuzluğa düçar olub.

“Danışıqlar prosesində uğursuzluğa düçar olmaqla, o, hücumun şərtlərini Əliyev üçün qanuniləşdirdi.

Bu birincidir. İkinci, o dedi: “Artsax Ermənistandır və bu qədər”.Mən heç vaxt bu cür açıqlamalar verməmişəm.

Öz müqəddəratını təyinetmənin tanınmasını da əhatə edən bir variant üzərində danışıqlar apardıq.

Əksinə, mən Avropa Şurasında dedim ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Mən bu barədə AŞPA-da çıxışım zamanı dedim”, - Köçəryan qeyd edib. 

Mürtəza

Seçilən
19
1
olke.az

2Mənbələr