AZ

Donbas cəhənnəmində 1557 GÜN: Bu ölkənin əhalisi qədər rus əsgəri ÖLÜB

Böyük Britaniyanın Hökumət Rabitə Qərargahının (GCHQ) rəhbəri Ann Kist-Butler Ukrayna müharibəsinin başlanmasından bəri təxminən 500 min rus hərbçisinin öldüyünü açıqlayıb. Bu, Maltanın, ya da Lüksemburqun əhalisinin sayı deməkdir. Musavat.com yazır ki, yeni kəşfiyyat məlumatları rus ordusunun döyüş meydanında ağır itkilərlə üzləşdiyini göstərir.

The

Bu rəqəmin Niderland kəşfiyyat qurumlarının və müstəqil rus media resurslarının yaydığı hesablamalarla uyğunluq təşkil etdiyi qeyd olunur.
Beş ildir davam edən müharibədə rus əsgərlərini “ət maşını”na verən Rusiya hakimiyyəti Donbasın ilhaqını yekunlaşdıra bilmir. Astana sammitində Kreml lideri Putin bəyan edib ki, müharibənin nə zaman başa çatacağı məlum deyil. Yəni işğalçı hərbi əməliyyatları başladan Rusiyadır, nə vaxt qurtacağını isə bilmir. Əvəzində müqaviləli döyüşçülərə üstünlük verilsə də, onların cəbhədə vuruşmağa motivasiyası yoxdur.

Çünki heç bir ideoloji səbəb, nifrət və mənəvi faktor muzdlu əsgərləri ürəklə döyüşməyə bağlamır. Böyük Britaniyanın açıqladığı hesabatda rus orusunun tərkibində yarım milyon hərbçinin həlak olduğu qeyd edilir. Yeri gəlmişkən, onların sıralarında xeyli sayda azərbaycanlı da var. Amma Rusiyanın ümumi itkilərinin sayı 1 milyon göstərilir. Yəni bu statistikaya həm ölənlər, həm yaralanıb döyüş qabiliyyətini itirənlər daxildir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da, ABŞ lideri Donald Tramp da bəyan edib.

Rus

Mayın 30-da isə Ukrayna müharibənin 1557-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Baş Qərargahın məlumatına əsasən, Rusiya indiyə qədər 1 365 200 hərbçi itirib. Bundan əlavə, rus ordusu indiyə qədər 11 960 ədəd tank, 24 643 ədəd zirehli döyüş maşını, 42 930 ədəd artilleriya sistemi, 1 813 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 398 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1500 ədəd yerüstü robot-texnika kompleksi, 100 713 ədəd avtomobil texnikası, 318 433 ədəd PUA, 4 693 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 231 xüsusi avadanlıq itirib. Üstəlik, Rusiya şəhərlərinə dron hücumları ölkənin neft sənayesini iflic vəziyyətinə salıb.

Siyasi ekspert Ramiyə Məmmədova Musavat.com-a deyib ki, müharibənin sonu görünmür. “Hətta ABŞ dövlət katibi Rubio açıqladı ki, Vaşinqton danışıqlarda vasitəçilikdən geri çəkilir. Yəni Tramp administrasiyası etiraf etdi ki, atəşkəsin əldə olunmasına nail ola bilmədi. Hərçənd Tramp müharibəni 1 gün dayandırmağa söz vermişdi. Amma tərəflərin şərtləri heç biri tərəfindən qəbul olunmadı. Ona görə də müharibə davam etməkdədir”.

Türkiyə

Təhlilçi bu ilin sonuna qədər atəşkəs gözləmir: “Rusiyanın resursları xərclənir, gücü azalır, amma döyüşməyə potensialı qalmaqdadır. Ukrayna isə müharibə şəraitinə öyrəşib, Avropa Birliyi böyük həcmdə dəstək ayırır, Rusiyanın dondurulmuş aktivlərindən də istifadə edilir. Beləliklə, Ukraynanın şərqində 2 min kilometrlik cəbhədə ağır vəziyyət hökm sürəcək. Rusiya Donetskin tam işğalından sonra atəşkəsə razılaşa bilər. Bunun üçün rus ordusunda o güc qalmayıb. Müharibə o zaman bitəcək ki, olduqları yerdə dayanmağa məcbur olacaqlar”.

Emil Salamoğlu
Musavat.com

Seçilən
47
musavat.com

1Mənbələr