AZ

Bölgədə futboldan sonra yaşanan davanı bu VİDEOda izləyin...

II Liqanın 2026/2027 mövsümü üçün bütün iştirakçılar müəyyənləşib.

II Liqanı 11-ci pillədə başa vuran “Ağstafa Gəncləri” pley-off matçında Region Liqasının üçüncüsü “Biləsuvar”la üz-üzə gəlib.

Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Ağstafa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəşad Əhmədovun idarə etdiyi oyunda qolları Əli Bağırov (9), Adil Tağıyev (45+2) və Eltac Hüseynov (47) vurublar.

Matçdan sonra stadionda skandal yaşanıb.

"Biləsuvar"un azarkeşləri matçın gedişində futbolçuların ünvanına xoşagəlməz sözlər işlədib.

Final fiti verilən kimi qəzəbli oyunçular tribunaya hücum çəkiblər.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
14
sportinfo.az

1Mənbələr