AZ

Asiyada yeni estetik trendi: Elf qulağı dəb oldu - FOTO

Cənubi Koreya başda olmaqla Asiyada "elf qulağı" estetikinə maraq sürətlə artır.
 
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu, dolgu və lentlərlə xüsusilə üzü daha kiçik və gözəl göstərdiyi düşünülən yeni estetik trendidir.
 
Xüsusilə influnserlər arasında bu dəb halını almağa başlayıb.
 
Bu tendensiyanın populyarlaşmasının əsas səbəbi əslində qulaqlardan daha çox üz forması ilə bağlıdır. Daha qabarıq qulaqların üzü daha kiçik göstərdiyinə inanılır.
Şərqi Asiyada kiçik üzlər çoxdan gözəllik standartları arasında yer alır. Yaponiyada üzün şişkinliyini azaltmaq üçün masaj alətlərindən istifadə edilir, Çində isə geniş üz cizgilərinə mənfi baxılır. Cənubi Koreyada V şəkilli çənə xətti uzun müddətdir ideal üz forması hesab olunur.
Cənubi Koreyanın Daequ şəhərində işləyən plastik cərrah Jung Gyu-sik deyir ki, o, bəzi günlərdə 20-yə qədər "elf qulağı" iynəsi vurur.
 
"Elf qulağı" tendensiyası təxminən 5 il əvvəl Çində sosial mediada yayılıb. İnfluencer daha görkəmli və sivri qulaq görünüşünə nail olmaq üçün əməliyyat olunduqlarını paylaşdıqdan sonra maraq sürətlə artıb. Çinin "Weibo" platformasında "Elf Ear Cosmetic Surgery" heşteqi 780 milyondan çox baxışa çatıb. Beləliklə, kiçik bir kosmetik toxunuş sosial media tərəfindən gücləndirilmiş böyük bir gözəllik trendinə çevrilib.
Cənubi Koreyada kosmetik prosedurlar haqqında məlumat verən platforma "BarbieTalk"da “qulaq dolğusu" axtarışları 1200% artıb. 
 
32 yaşlı marketinq mütəxəssisi Kim Seong-geun deyir ki, sosial media alqoritmi ona davamlı olaraq "elf qulaqları"nın videolarını göstərir.
 
Billurə
Seçilən
30
1
olke.az

2Mənbələr