AZ

Elşad Quliyev: Turnir bizim üçün bundan sonra başlayır

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Avropa çempionatında iştirak edən Azərbaycanın minifutbol millisi üçün turnir yeni başlayır.

"Report"un Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.

Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının qrup mərhələsində Fransanı məğlub etdikləri (3:2) oyundan sonra fikirlərini bölüşüb:

"Turnir bizim üçün bundan sonra başlayır. Səhvlərimizi bugünkü oyunda gördük. Öz üzərimizfə işləyəcəyik ki, bunları təkrarlamayaq. Oyunçularımı təbrik edirəm. Pley-offdakı rəqibimizi analiz edəcəyik və daha yaxşı hazırlaşmağa çalışacaq. Qazaxıstan yığması ilə oyunumuz çətin olacaq. Qələbə qazanaraq yolumuza davam etmək niyyətindəyik".

Xatırladaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (1:0) məğlub edib. E.Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan millisi ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
2
sherg.az

3Mənbələr