AZ

Millimiz Fransanı məğlub edib qrup lideri oldu - Avropa çempionatı

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan millisi Fransa ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın heyətində Elvin Əlizadə ilə Ramiz Çovdarov fərqləib. Digər qolu isə rəqib öz qapısına vurub.

Xallarını 9-da yüksəldən millimiz 1/8 finala yüksəlib. Azərbaycan seçməsi bu raundda Qazaxıstanla qarşılaşacaq.

saytlarin hazirlanmasi

Seçilən
42
2
sportal.az

3Mənbələr