AZ

Rus keşiş Çexiyadan qaçdı

Çexiyada avtomobilində “ağ toz” aşkarlanan və psixotrop maddə saxlamaq şübhəsi ilə saxlanılan Rus Pravoslav Kilsəsinin nüfuzlu simalarından biri, Patriarx Kirillin keçmiş yaxın silahdaşı İlarion (dünyəvi adı Qriqori Alfeyev) Rusiyaya qayıdıb.

Musavat.com xəbər verir ki, o, Çexiyada iki gün nəzarətdə saxlanıldıqdan sonra sərbəst buraxılıb və ölkəni tərk edib.

Məlumata görə, mayın 24-də Çexiya polisi İlarionun avtomobilini Karlovı Varıdan Praqaya gedən magistralda saxlayıb. Avtomobilin baqajına baxış zamanı içərisində ağ rəngli toz olan dörd konteyner aşkar edilib.

İlariona və onu müşayiət edən operatora psixotrop maddələrin saxlanılması şübhəsi ilə bağlı bildiriş təqdim olunub. Maddənin tərkibi və mənşəyinin ekspertiza nəticəsində müəyyən ediləcəyi bildirilsə də, hadisə Rusiyada və kilsə çevrələrində geniş rezonans doğurub.

Rusiya Xarici İşlər Nazirliyi hadisəni “əvvəlcədən hazırlanmış təxribat” adlandıraraq İlarionun azad edilməsini tələb edib.

Qeyd edək ki, İlarion 2009–2022-ci illərdə Rus Pravoslav Kilsəsinin xarici əlaqələr şöbəsinə rəhbərlik edib və uzun müddət Patriarx Kirillin ən yaxın fiqurlarından biri hesab olunub. Sonradan Budapeşt yeparxiyasına rəhbərlik edən din xadimi 2024-cü ilin dekabrında keçmiş köməkçisinin seksual qısnama ittihamlarından sonra vəzifədən uzaqlaşdırılmış və Karlovı Varıda yerləşən kilsəyə göndərilmişdi.

Musavat.com

Seçilən
16
2
musavat.com

3Mənbələr