AZ

Azərbaycan millisi Avropa çempionatında qrupu lider tamamladı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında qrup mərhələsini maksimum nəticə ilə başa vurub.

90deqiqe.Az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda F qrupundakı son oyununda Fransa seçməsi ilə qarşılaşıb.

“Tipos Arena”da baş tutan görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda Azərbaycan millisinin ilk qolu rəqib futbolçunun avtoqolu nəticəsində vurulub. Fasilədən sonra isə Elvin Əlizadə və Ramiz Çovdarov fərqlənərək komandamızın üstünlüyünü möhkəmləndiriblər.

Qrupun digər qarşılaşmasında Avstriya İtaliyanı 5:0 hesabı ilə məğlub edib.

Beləliklə, daha əvvəl Avstriya (1:0) və İtaliya (3:0) üzərində qələbə qazanan Azərbaycan millisi xallarının sayını 9-a çatdıraraq F qrupunun lideri kimi pley-off mərhələsinə yüksəlib. Komandamız növbəti mərhələyə vəsiqəni son turdan əvvəl təmin etmişdi.

Qrupu Fransa 4 xalla ikinci, Avstriya 3 xalla üçüncü, İtaliya isə 1 xalla sonuncu pillədə başa vurub.

Seçilən
28
90deqiqe.az

1Mənbələr